Monitorinq və qiymətləndirmə

Əsas səhifə / Monitorinq və qiymətləndirmə

Ümumtəhsil məktəblərində aparılan keyfiyyət monitorinqləri "TKTA Məktəblərin keyfiyyət monitorinqi çərçivəsi"-nə əsasən aparılır. Məktəb fəaliyyətinin 4 sahə üzrə dəyərləndirilməsi çərçivədə öz əksini tapan əsas və alt meyarlar üzrə 5 qiymətləndirmə səviyyəsinə uyğun aparılır. Hər bir əsas meyar alt meyarlara, onlar da öz növbəsində  inspektorların obyektiv mühakimə yürütməsinə zəmin yaradan  və məktəbin inkişafına istiqamətlənmiş ətraflı təsvirlərə bölünürlər. Qiymətləndirmə səviyyələri əla, yaxşı, kafi, zəif və çox zəif olmaqla müəyyən edilmişdir. 

"TKTA Məktəblərin keyfiyyət monitorinqi çərçivəsi" keyfiyyətli təhsilin əsas aspektlərini  özündə əks etdirən 4 sahəni əhatə edir:

1. Şagirdlərin nailiyyətləri və şəxsi inkişafı
2. Öyrətmə və qiymətləndirmə
3. Məktəbdə dəstəkləyici mühitin (infrastruktur, mənəvi-psixoloji mühit, təhlükəsizlik) yaradılması
4. Məktəbdə idarəetmənin keyfiyyəti

Ümumtəhsil məktəblərində keyfiyyət monitorinqinin qiymətləndirmə çərçivəsi ilə sənədlər bölməsində tanış ola bilərsiniz.

TKTA tərəfindən keyfiyyət monitorinqinin aparılması məqsədilə  "məktəb inspektoru" vakansiyası üzrə imtahanlar keçirilmişdir. İmtahanlardan uğurla keçən  namizədlər təlimləndirilərək, sınaq monitorinqlərə cəlb olunmuşdur. Ətraflı məlumatla hesabatlar bölməsində tanış ola bilərsiniz. 

 

 

 

Copyright © 2015 - 2026. Bütün hüquqlar qorunur Site by NS Studio