Haqqımızda

Əsas səhifə / Haqqımızda

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə təhsilin uzunmüddətli hədəflərini müəyyənləşdirmişdir. Bu hədəflərə çatmaq üçün tərtib olunmuş fəaliyyət planında (2015) təhsilin keyfiyyətinin təminatı sistemlərinin  modernləşdirilməsi (3.3) önəmli məsələ olaraq qarşıya qoyulmuşdur. Bu baxımdan, ölkə başçısının 29.12.2019-cu il tarixli 907 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində  təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sahəsində peşəkar və ixtisaslaşmış qurum olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yaradılmışdır. 

TKTA-nin  fəaliyyət istiqamətlərindən biri də ümumi təhsil məktəblərində keyfiyyət monitorinqini həyata keçirməkdir. TKTA tərəfindən ümumi təhsil məktəblərində aparılan keyfiyyət monitorinqinin məqsədi təhsilin keyfiyyətini düzgün dəyərləndirməkdir. Bu məqsəd aşağıdakı fəaliyyət istiqamətlərini əhatə edir:

Məktəblərin inkişafını təşviq etmək
Məktəblərin güclü və inkişafa ehtiyacı olan tərəflərini aşkar etmək
Məktəb rəhbərlərinə məktəblərində təhsilin keyfiyyətini anlamağa yardım etmək
Məktəb rəhbərlərinə məktəblərini necə inkişaf etdirməli olduqlarını anlamağa yardım etmək
Məktəblərin özünüqiymətləndirmə aparmasını təşviq etmək, həmçinin özünüqiymətləndirmənin nəticələrinin obyektivliyini yoxlamaq
Məktəblərin effektiv  inkişaf planı hazırlamasını təşviq etmək
"TKTA Məktəblərin keyfiyyət monitorinqi çərçivəsi"ndə öz əksini tapmış 4 sahə üzrə məktəb fəaliyyətinin keyfiyyətinin ətraflı dəyərləndirilməsini apararaq hesabat hazırlamaq

 

 

Copyright © 2015 - 2026. Bütün hüquqlar qorunur Site by NS Studio