Təlim və metodologiya üzrə dəstək

Əsas səhifə / Təlim və metodologiya üzrə dəstək

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəblərdə Keyfiyyət Monitorinqi Layihəsi”-ni həyata keçirən heyəti tərəfindən Bakı şəhəri və regionlarda yerləşən  təhsil müəssisələrinin rəhbər heyətinə "Məktəbdaxili monitorinqlərin təşkili" üzrə təlimlər təşkil olunmuşdur. Təlimlərdən sonra isə  heyət tərəfindən "Məktəb Özünüqiymətləndirmə Hesabatı"-nın yazılması istiqamətində mentor dəstəyi də göstərilir.  

Məktəb özünüqiymətləndirməsi məktəbin müəyyən edilmiş parametr və standartlara uyğun nə dərəcədə keyfiyyətli və effektiv fəaliyyət göstərdiyini müəyyənləşdirən və əməkdaşlıq zəminində aparılan məktəbdaxili keyfiyyət monitorinqi prosesidir. "Məktəb Özünüqiymətləndirmə Hesabatı" və Özünüqiymətləndirmə təlimatı ilə sənədlər bölməsində tanış ola bilərsiniz. 

 

        

Copyright © 2015 - 2026. Bütün hüquqlar qorunur Site by NS Studio